Ulduz təsnifatının üstünlükləri
Milli Ulduz Təsnifatı hotellərdə müəyyən xidmət səviyyəsini, infrastrukturu tələb edir və qonaqlara hoteldə təklif olunan xidmətin yüksək olmasına zəmanət verir.
Azərbaycan Turizm Bürosu (ATB) Azərbaycan Hotel Assosiasiyası (AHA) ilə birlikdə Azərbaycan hotel sənayesinin beynəlxalq rəqabət qabiliyyətini artırmaq və qorumaq üçün şəffaf monitorinq sistemi olan Milli Ulduz Təsnifatını təsis etdi.
Milli Ulduz Təsnifatı hotel və yerləşdirmə müəssisələrinə özlərini düzgün şəkildə təqdim etməyə və bununla da satış inkişafını stimullaşdırmağa imkan verir. Bütün qonaqlar, əsasən müstəqil hotellər olmaqla, bütün yerləşdirmə müəssisələrində keyfiyyəti təmin edən etibarlı meyarlar tələb edir və hotel seçimi edərkən bu amili nəzərə alır.
Ulduz təsnifatı bir hotelin təklif eddiyi məhsul və xidmət səviyyəsini xarakterizə edir ki, bu da rəqəmsal rezervasiya sistemlərində çox önəmlidir. Onlar asanlıqla fərqli sistemlərə inteqrasiya oluna bilər və otaq rezervasiyası zamanı qərar qəbul etmədə aparıcı rol oynaya bilər.
AHA-nın Milli Ulduz təsnifatı ilə hotellər əhəmiyyətli rəqabət üstünlüyü əldə edir və eləcə də qonaqlara Avropa səviyyəsində də tətbiq olunan və müəyyən edilmiş standartları təqdim edir. Eyni zamanda hotellər AHA, Azərbaycan Turizm Bürosu və Avropa Ulduz Təsnifatı Birliyinin marketinq və ictimaiyyətlə əlaqələr fəaliyyətindən də faydalanırlar (Avropa daxilində artıq 17 ölkə vahid standartlardan istifadə edərək təsnif olunur).