8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə AHA HR İşçi Qrupu tərəfindən – "Qonaqpərvərlikdə Qadınların Səsi: İlhamverici Hekayələr" adlı tədbirin təşkil olunduğunu elan etməkdən məmnunuq!
Bu tədbirin məqsədi qonaqpərvərlik sənayesində çalışan qadınların dəyərli töhfələrini qeyd etmək və onları təqdir etməkdir. Həmçinin, qadınlara öz ilhamverici karyera yolunu və qazandıqları təcrübələri bölüşmək üçün bir platforma təqdim etməyi hədəfləyirik.
Bütün üzv hotelləri bu ilhamverici tədbirin bir hissəsi olmağa və qonaqpərvərlik sahəsində karyera quran qadınların hekayələrini birbaşa eşitməyə dəvət edirik.