Haqqımızda

Missiyamız Azərbaycanın qonaqpərvərlik sənayesinin səsi olmaq və ölkəmizin turizm sektorunun dayanıqlı inkişafını təmin etmək üçün daim təşəbbüsləri dəstəkləməkdir.

AHA qonaqpərvərlik sənayesində keyfiyyətin yüksəldilməsini və ədalətli rəqabəti təmin etmək üçün ən yaxşı beynəlxalq və yerli təcrübələri hotellərlə bölüşərək beynəlxalq standartların tətbiqini təşviq edir. AHA – qlobal hotel zəncirlərindən kiçik müstəqil hotellərə qədər sənayeni bir araya gətirir. 

AHA hökümət, media, sənaye üzvləri və qonaqlar ilə daimi təmasda olaraq, turizm dəyər zəncirində məşğulluğun 37%-ni, müəssisələrin 6%-ni və ÜDM-in 3%-ni təşkil edən qonaqpərvərlik sənayesini təmsil edir.

Biz nə edirik?

AHA hökümət, media, sənaye üzvləri və qonaqlar ilə daimi təmasda olaraq, qonaqpərvərlik sənayesini təmsil edir.

Təmsilçilik

Təmsilçilik

AHA üzv hotellərin maraqlarını dəstəkləyir və fəaliyyətlərinin təkmilləşdirilməsinə təkan vermək , turizmin inkişafı, və xarici valyuta gəlirlərini stimullaşdıran qaydaları və qanunları müəyyən etmək üçün hökümət orqanları ilə əməkdaşlıq edir.

Təhsil

Təhsil

AHA turizm sahəsində mövcud peşə və ali məktəblərlə əməkdaşlıq edir, və təhsil keyfiyyətinin inkişafını dəstəkləyir, eyni zamanda, beynəlxalq qonaqpərvərlik məktəbləri ilə əməkdaşlıq edərək yeni təhsil standartlarının formalaşmasına zəmin yaradır.

Beynəlxalq marketinq və təşviqat

Beynəlxalq marketinq və təşviqat

AHA Azərbaycanın turizm strategiyasının inkişafında iştirak edir və öz töhfələrini verir. Azərbaycan Turizm Bürosu ilə sıx əməkdaşlıq çərçivəsində yerli və beynəlxalq təşviq kampaniyalarında üzv hotelləri və onların imkanlarını tanıdırıq.

Kommunikasiya

Kommunikasiya

Biz yalnız üzvlər üçün məlumat mərkəzi yaradaraq aylıq bülletenlər, müntəzəm emaillər, görüşlər, təlimlər və veb-seminarlar, veb-saytımız vasitəsilə lazımi məlumat və informasiyanı paylaşırıq.

Maraqların müdafiəsi

Maraqların müdafiəsi

Biz qonaqpərvərlik sənayesinin təmsilçisi olaraq, sənaye üçün vacib strategiya və qanunların hazırlanmasında iştirak edir və hotel sənayesinin çatışmazlıqlarını mütəmadi sorğularla müəyyən edir, potensial həlləri müvafiq dövlət orqanları ilə paylaşırıq

Konsultasiya

Konsultasiya

AHA üzvləri üçün yerli və beynəlxalq mütəxəssislərlə əməkdaşlıq edərək, istək əsasında əməliyyat və ya idarəetmə problemləri ilə əlaqədar məsləhət verə bilər.

Hesabatlar

Hesabatlar

AHA yalnız üzvlər üçün təqdim edilən və sənaye üçün vacib istiqamətlər və mözvularda tədqiqatlar və araşdırmalar apararaq müntəzəm hesabatlar hazırlayır.

Təşviqat

Təşviqat

Satış və marketinq, əməliyyat və əməkdaşlıq sahələrində hotellər və tərəfdaşlar arasında assosiasiyadaxili səmərəli əməkdaşlığı təşviq edirik. Üzvlər assosiasiya və onun tərəfdaşlarının müvafiq birliyindən və marketinq fəaliyyətlərindən faydalanırlar.

Milli Ulduz Təsnifatı

Milli Ulduz Təsnifatı

AHA Milli Ulduz Təsnifatı prosesinə rəhbərlik edir və 2019-cu ilin may ayında HOTREC təşkilatının himayəsi altında HSU-nun (Avropa Hotel Ulduz Təsnifatı Birliyi ) müşahidəçi üzvü olmaqla HSU meyarlarından istifadə etmək hüququna sahibdir.

Qonaqpərvərlik sənayesinin birliyi

Qonaqpərvərlik sənayesinin birliyi

AHA müvafiq strukturlar ilə sıx əməkdaşlıq əlaqələri yaradaraq , üzv hotellərə sənaye ilə bağlı müzakirələrdə qərar qəbul edildikdə fikir bölüşmək və təklif etmək imkanı yaradır.

Missiya və viziyonumuz

 

AHA qonaqpərvərlik sənayesini təmsil edir, beynəlxalq standartları təşviq edir, keyfiyyəti artırmaq və qonaqpərvərlik sənayesində ədalətli rəqabəti təmin etmək üçün ən yaxşı beynəlxalq və yerli təcrübələri hotellər ilə bölüşür.

 


Məqsədlər

 

AHA Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq edərək turizmin sabit şəkildə böyüməsini, davamlılığı və valyuta mənfəətini təmin edən və tezliklə tətbiq ediləcək qanun və qaydaları üzv hotellərə çatdırmaq, eləcə də onları xidmət keyfiyyətinin artırılmasına təşviq etmək məqsədi daşıyır.

Biz beynəlxalq qonaqpərvərlik standartlarını və xidmət keyfiyyətinin yüksəldilməsini təşviq edirik və HOTREC-in himayəsi altında 17 Avropa ölkəsində tətbiq olunan Avropa Ulduz Təsnifatı Birliyi (HSU) meyarlarına uyğun olaraq, milli ulduz və monitorinq sistemi olan Milli Ulduz Təsnifatını icra edəcəyik.

 

Hədəflər

AHA olaraq, üzv hotellər və qonaqpərvərlik sənayesində olan problemlərin araşdırılması və təhlili üçün mütəmadi sorğular apararaq, potensial həll yolları üzərində çalışırq, həmçinin hotellər və tərəfdaşlar arasında effektiv əməkdaşlıq yaradırıq.

Tərəfdaşlarımız

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.