Necə müraciət etməli
Milli Ulduz Təsnifatına müraciət təlimatı və mərhələli qeydiyyat prosesi
Milli Ulduz təsnifatı hotel əməliyyatlarına nəzarət sistemi kimi qonaqlara keyfiyyətli xidmətə işarə edən sanki kompas rolunu oynayır. Mütəmadi yoxlama və monitorinqlər hotel sənayesində keyfiyyətin təmin olunmasına səbəb olur. Milli Ulduz Təsnifatından keçmək üçün hotellər müraciət prosesini başa çatdırmalı və aşağıda göstərilən sənədləri təqdim etməlidirlər.
- Hotel nümayəndəsi (sahibi) hotel ulduz təsnifatı üçün AHA-nın veb-saytı və ya rəsmi elektron poçt vasitəsi ilə müraciət etməlidir.
- Hotelin nümayəndəsi (sahibi) ərizə və “Hotelin texniki vəziyyəti və təhlükəsizliyi barədə qeydlər forması”nı dolduraraq, lazımi sənədləri göndərməli və yoxlama zamanı əslini təqdim etməlidir.
Sənədlər təqdim olunduqdan sonra növbəti mərhələlər:
- Təsnifatı həyata keçirən auditor hotel nümayəndəsi ilə görüş üçün birbaşa əlaqə saxlayır.
- Hotel ən azı biri lisenziyalı olan iki auditor tərəfindən yoxlanılır.
- Auditorlar bütün müəssisəni ziyarət edir, onlayn qiymətləndirmə aparır və sonra təsnifatın xülasəsini hotel nümayəndəsinə (sahibinə) təqdim edirlər.
- Yoxlamadan sonra auditorlar hotel tərəfindən tətbiq olunan kateqoriyaya uyğunluğunu müzakirə etmək üçün hesabatı Keyfiyyət və Qərəzsizlik komissiyasına təqdim edirlər və əgər tələblər yerinə yetirilməyibsə, hotelə yazılı bildiriş göndərilir.
- Hotel nümayəndəsi (sahibi) verilən qərarla razılaşmadıqda müstəqil apelyasiya komitəsinə müraciət edə bilər. Apelyasiya Komitəsinin qərarından asılı olaraq, hotel yenidən yoxlanıla bilər.
Milli Ulduz təsnifatı sertifikatı 3 il müddətinə verilir.
Tələb olunan sənədlər
Təsnifat prosesi zamanı sadalanan sənədlərin tam şəkildə təqdim edilməsi tələb olunur. Xüsusi vəziyyətdən asılı olaraq, digər sənədlər də tələb oluna bilər
- Vergi Ödəyicisinin Qeydiyyat Şəhadətnaməsi
- Gigiyena və Epidemiologiya Mərkəzindən arayış (olduğu halda)
- Yanğın-texniki müayinə aktı
Meyarlar
HSU meyarları qonaqlara və hotelçilərə şəffaflıq və təhlükəsizlik təmin edən hotel təsnifatı üçün meyarlar kataloqudur. Hər beş-altı ildən bir qonaqların ehtiyaclarına və bazar tələblərinə uyğun olaraq inkişaf etdirmək və modernləşdirmək üçün hotel təsnifatı meyarlarına yenidən baxılır.
Meyarlar kataloqu
Meyarlar kataloqunda qonaqlara keyfiyyətli xidmətə, hotellərin şəffaflığı və təhlükəsizliyinə zəmanət verən, davamlılıq məsələlərinə, texnoloji inkişafa cavab verən Avropa Ulduz Təsnifatı Birliyinin (HSU) bütün beş kateqoriya üzrə təqdim etdiyi meyarlar cəmləşmişdir.
Müraciət
Ulduz Təsnifatına müraciət etmək üçün ilkin mərhələ olaraq aşağıdakı keçidə daxil olaraq formanı doldurun. Növbəti mərhələ üçün komandamız ən qısa müddət ərzində sizinlə əlaqə saxlayacaqdır. Əlavə məlumat üçün [email protected] email ünvanına sualınızın qısa təsvirini əhatə edən məktub ünvanlaya bilərsiniz.
Milli Ulduz Təsnifatı
Milli Ulduz Təsnifatı: Milli Ulduz Təsnifatı AHA ilə birlikdə Azərbaycan Turizm Bürosu tərəfindən təqdim edilən şəffaf idarəetmə sistemi olub və hotellərdə xidmət və keyfiyyətin zəmanətidir. Azərbaycan Hotel Assosiasiyası tərəfindən təsnif edilən hotellər yerli və beynəlxalq səviyyədə tanınma və rəqabət üstünlüyü qazanacaq.