28 İyun tarixində AHA-nın növbəti "Baş Menecerlərlə Görüş"-ü keçirildi.
AHA-nın fəaliyyət hesabatı və qonaqpərvərlik sənayesinin COP-29 tədbirinə hazırlıq mövzularının əhatə edildiyi tədbirdə üzv hotellərin Baş Menecerləri və təmsilçiləri, COP-29 İdarəetmə Şirkəti, Dövlət Miqrasiya Xidməti, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Havayollarının rəsmiləri iştirak etdi.
Sənaye təmsilçiləri ilə müvafiq qurumların nümayəndələrini bir araya gətirən tədbirdə üzv hotelləri maraqlandıran suallar cavablandırıldı, AHA-nın rüblük fəaliyyəti haqqında məlumatlar, ulduz təsnifatı ilə bağlı yeniliklər paylaşıldı.
28 iyul 2024