25 May tarixində TÜROB (Türkiyə Hotelçilər Assosiasiyası), Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türk Hava Yolları və digər əlaqədar təşkilatçılarla birlikdə, Türkiyə və Azərbaycan arasında olan qardaşlıq və işbirliyi əlaqələrini daha da genişləndirmək məqsədilə Bakıda workshop təşkil etmişdir.
Azərbaycan Hotel Assosiasiyasının İcraçı Direktoru Günay Sağlam və İdarə Heyətinin sədri Eldar Əlimuradov TÜROB-a daxil olan 41 hotelin qatıldığı workshop-da iştirak etmişdir. Tədbir Azərbaycan turizm sənayesi təmsilçilərinin, turizm şirkətlərinin qardaş Türkiyədə fəaliyyət göstərən hotellərlə biznes əlaqələrinin genişləndirilməsi məqsədini daşıyır.
AHA adından TÜROB-un Prezidenti xanım Müberra Eresinə tədbirə dəvət və təqdim olunan dəyərli hədiyyə üçün minnətdarlığımızı bildiririk.
Hər iki assosiasiya arasında qarşılıqlı əməkdaşlıq daha da genişləndiriləcək və tezliklə birgə layihələr həyata keçiriləcək.
26 may 2023
TÜROB-a üzv olan 41 hotelin iştirakı ilə Bakıda workshop təşkil edildi
İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın
Təşəkkürlər! Elektron poçt ünvanınıza təsdiq məktubu göndərildi!
Abunəlik istəyiniz təsdiqləndi. Siyahımıza əlavə olundunuz, sizinlə tezliklə əlaqə saxlayacağıq.