23 May tarixində Azərbaycan Hotel Assosiasiyası və AHA-nın həmkar üzvü Novator HRC şirkətinin təşkilatçılığı, Lənkəran Regional Turizm İdarəsinin dəstəyi ilə Lənkəran regionunda yerləşən hotellər üçün "Hotellərdə Təmizlik və Gigiyena" təlimi baş tutmuşdur.
Tədbirin açılışını edən AHA-nın İcraçı direktoru Günay Sağlam və Ulduz Təsnifatı üzrə menecer Rəşad Niyazov iştirakçılarla milli ulduz təsnifatı, turizm reyestri haqqında məlumatları paylaşdı.
Novator HRC şirkətinin Məhsullar üzrə meneceri Əziz Məmmədov, Təmizlik və Gigiyena üzrə mütəxəssis Sadık Aslan Tekin hotel şöbələrində təmizlik, kimyəvi maddələrdən təhlükəsiz istifadə qaydaları, HACCP barəsində ətraflı təqdimatlarla çıxış etdi, yerli hotel nümayəndələrinin suallarını cavablandırdı.
Tədbirə ev sahibliyi etdiyi üçün Lankaran Springs Wellness Resort hotelinə və PMD Hospitality şirkətinə minnətdarlığımızı bildiririk.
Hotellərdə xidmət keyfiyyətinin yüksəldilməsi, təmizlik və gigiyena üzrə beynəlxalq standartların tətbiqi istiqamətində fəaliyyətimizi və təlimləri digər regionlarda da davam etdirəcəyik.
23 may 2023
AHA-nın Novator HRC şirkəti ilə təşkil etdiyi "Hotellərdə Təmizlik və Gigiyena" üzrə ilk təlim uğurla baş tutdu
İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın
Təşəkkürlər! Elektron poçt ünvanınıza təsdiq məktubu göndərildi!
Abunəlik istəyiniz təsdiqləndi. Siyahımıza əlavə olundunuz, sizinlə tezliklə əlaqə saxlayacağıq.