17 May tarixində Turizm Könüllüləri Təşkilatının "VolunTraining by Voluntourism" layihəsi çərçivəsində növbəti görüş AHA-nın İdarə heyətinin üzvləri ilə keçirildi.
Azərbaycan Hotel Assosiasiyasının İcraçı Direktoru Günay Sağlam, İdarə Heyətinin Sədri Eldar Əlimuradov və "Basqal Resort & Spa" hotelinin Baş meneceri Nəcəf Bədəlov "Qonaqpərvərlik mədəniyyəti və xidmət keyfiyyəti" mövzusunda danışıb və turizm könüllülərinin suallarını cavablandırıb.
Gənc könüllülərin turizm və qonaqpərvərlik sənayesi üzrə silsilə təlimlərə cəlb edilməsi təşəbbüsünə görə Turizm Könüllüləri Təşkilatına minnətdarlığımızı bildiririk.
17 may 2023
AHA İdarə Heyətinin üzvləri "VolunTraining by Voluntourism" layihəsi çərçivəsində turizm könüllüləri ilə görüşdü
İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın
Təşəkkürlər! Elektron poçt ünvanınıza təsdiq məktubu göndərildi!
Abunəlik istəyiniz təsdiqləndi. Siyahımıza əlavə olundunuz, sizinlə tezliklə əlaqə saxlayacağıq.