Azərbaycan Qran Prisi bilet satışında əvvəlki altı ildən yüksək göstərici ilə yadda qalıb. Budəfəki yarışda ilk dəfə dünyanın 100-dən çox fərqli ölkəsindən azarkeş iştirak edir.
Qeyd edək ki, 28 aprel, cümə günü start götürəcək “Formula 1” Azərbaycan Qran Prisi bu il ilk dəfə olaraq Sprint yarışına da ev sahibliyi edir.
İctimai TV-ə müsahibəsində AHA-nın İdarə Heyətinin sədri Eldar Əlimuradov bildirib ki, paytaxt hotelləri bu il dünyanın bütün qitələrindən Formula 1 azarkeşlərini qarşılayır.