Mayın 5-də AHA-nın İdarə Heyəti və üzv hotellərin nümayəndələri Dövlət Turizm Agentliyi tərəfindən ölkə üzrə vahid turizm platforması rolunu oynayacaq Turizm İnformasiya Sisteminin (data.tourism.gov.az) təqdimatında iştirak edib.
Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin görüş iştirakçılarına videomüraciəti təqdim olunub.
Təqdimatda Turizm İnformasiya Sisteminin daxilində aparılan Turizm Reyestri haqqında da ətraflı məlumat verilib.
O cümlədən, Turizm Reyestrindən qeydiyyatdan keçən sənaye subyektlərinin növbəti mərhələdə təsnifatının aparıldığı və xüsusi Turizm Keyfiyyət Proqramına cəlb edildikləri iştirakçılara bildirilib.
Təqdimatda turizm agentlikləri və hotellərin təmsilçiləri, eləcə də turizm bələdçiləri daxil olmaqla 100-dən çox sənaye nümayəndəsi iştirak edib.
5 may 2023
DTA tərəfindən Turizm İnformasiya Sisteminin təqdimatı keçirilib
İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın
Təşəkkürlər! Elektron poçt ünvanınıza təsdiq məktubu göndərildi!
Abunəlik istəyiniz təsdiqləndi. Siyahımıza əlavə olundunuz, sizinlə tezliklə əlaqə saxlayacağıq.