Azərbaycan Hotel Assosiasiyası (AHA) martın 7-dən 9-dək Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu(ATB) və 14 sənaye tərəfdaşı ilə birlikdə İTB Berlində iştirak edib. Sərgidə AHA-nı sədrimiz cənab Eldar Əlimuradov təmsil etmişdir.
Martın 7-də Azərbaycanın ölkə tərəfdaşı olduğu Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) “Hotel Dayanıqlılığın Əsasları” layihəsinin açılış mərasiminə ölkəmizin Milli Stendi ev sahibliyi etdi. Tədbirdə digər sənaye nümayəndələri ilə birlikdə WTTC-nin prezidenti və baş direktoru Culiya Simpson da iştirak edib. Layihə mehmanxanaların ətraf mühitə təsirini azaltmağı və dayanıqlı olmağı kömək etmək məqsədi daşıyan əsas fəaliyyətləri özündə əks etdirir. AHA ATB ilə birlikdə bu mühüm təşəbbüs haqqında məlumatlılığı Azərbaycandakı hotellər arasında artırmağı öz öhdəsinə götürüb.
9 mart 2023
AHA "ITB Berlin" sərgisində iştirak edib
İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın
Təşəkkürlər! Elektron poçt ünvanınıza təsdiq məktubu göndərildi!
Abunəlik istəyiniz təsdiqləndi. Siyahımıza əlavə olundunuz, sizinlə tezliklə əlaqə saxlayacağıq.