15 mart 2023

«Gələcəyin Qonaqpərvərlik Liderləri» tədbiri Azərbaycan Turizm və Menecment Universitetində (ATMU)

15 mart 2023-cü il tarixində Azərbaycan Hotel Assosiasiyası (AHA) növbəti «Gələcəyin Qonaqpərvərlik Liderləri» tədbirini Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirmişdir.

Tədbirin məqsədi universitetlərdə, tələbələri qonaqpərvərlik mövzusunda maarifləndirməkdir və bu silsilə tədbirlər digər universitetlərdə də davam etdiriləcəkdir.

Bu dəfə çıxış edən mütəxəssislər:
• Aykut Korkmaz – Hilton Baku hotelinin baş meneceri
• Eldar Əlimuradov – Courtyard by Marriott Baku hotelinin baş meneceri
• George Ganchev – Fairmont Baku, Flame Towers hotelinin baş meneceri
• Georges Ubbelohde – PMD Hospitality şirkətinin Əməliyyatlar üzrə Baş Direktoru

Tədbir AHA-nın icraçı direktoru Günay Sağlam və universitetin tələbə nümayəndəsinin moderatorluğu ilə davam etdirilmişdir.

Hər bir mütəxəssis tələbələrə öz karyera yolu haqqında danışdı və bəzi uğur hekayələrini bölüşdü. Biz inanırıq ki, bu hissə tələbələr üçün çox ilhamlandırıcı oldu.

Sual-cavab sessiyasından sonra tələbələr arasında müsabiqə keçirildi və qalib olan 7 tələbəyə növbəti günlərdə Baş Menecerlərlə təkbətək görüşmək şansı verildi.

 

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.