Dekabrın 6-da Azərbaycan Turizm Bürosu, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən, Azərbaycanda yerləşən otellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatını əldə etmişdir. Azərbaycan Turizm Bürosu ilə Azərbaycan Hotel Assosiasiyası arasında imzalanmış ortaq müqaviləyə əsasən, AHA, Azərbaycanda Milli Ulduz Təsnifatını həyata keçirmək üçün imtiyaz əldə etmişdir. Hotellərin ulduz meyarları Milli Ulduz Təsnifatı Sistemi əsasında müəyyən ediləcəkdir. Milli Ulduz Təsnifat Sistemi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Ulduz Təsnifatı Birliyi(HSU) təsnifat meyarları əsasında hazırlanmışdır. Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zengstschmid, ulduz kateqoriyasının qonaqpərvərliyin inkişafı üçün vacib bir addım olduğunu, Azərbaycan qonaqpərvərlik sənayesinə müsbət yeniliklər gətirəcəyini və bununla da turistlərə daha yaxşı xidmətlər göstərəcəyini diqqətə çatdırdı. Qeyd edək ki, Azərbaycan Hotel Assosiasiyası Avropa Otellər Birliyi HOTREC -in müşahidəçi üzvüdür. AHA, Azərbaycanda Milli Ulduz Təsnifatı sisteminin hazırlanmasında və tətbiqində HotellerieSuisse (İsveçrə Otellər Birliyi) ilə əməkdaşlıq edir. 4 mərhələdən ibarət olan ilkin test təsnifatı prosesi artıq noyabrın əvvəlində aparılmışdır
6 dekabr 2019
Milli Ulduz Təsnifatının ilk təlimləri artıq başlamışdır
ATB Akkreditasiya Mərkəzi tərəfindən attestat əldə etmişdir
İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın
Təşəkkürlər! Elektron poçt ünvanınıza təsdiq məktubu göndərildi!
Abunəlik istəyiniz təsdiqləndi. Siyahımıza əlavə olundunuz, sizinlə tezliklə əlaqə saxlayacağıq.