Aprelin 15-də Azərbaycan Hotel Assosiasiyası tərəfindən qonaqpərvərlik sahəsində iş axtaran tələbə və məzunlar üçün keçirilən karyera günü uğurla yekunlaşdı!
Tədbirə Azərbaycan Hotel Assosiasiyasına üzv olan 47 hotel və şirkət vakansiya və təcrübə proqramları ilə qatıldı və ümumilikdə müxtəlif universitet və peşə məktəblərinin tələbə və məzunları, Dövlət Məşğulluq Agentliyi tərəfindən yönləndirilən 800 şəxs işaxtaran qismində iştirak etdi.
Ənənəvi karyera günlərindən fərqli olaraq tədbir çərçivəsində qonaqpərvərlik üzrə master-klaslar təşkil olundu, Azərbaycan Hotel Assosiasiyasına üzv olan hotellərin təmsilçiləri tərəfindən müxtəlif mövzularda təqdimatlar və interaktiv sessiyalar keçirildi.
Azərbaycan Hotel Assosiasiya tərəfindən tədbirin uğurla təşkil olunmasında göstərilən dəstəyə görə Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinə və bütün üzv hotellərimizə dərin təşəkkürümüzü bildiririk.
Qonaqpərvərlik sənayesinin inkişafına dəstək olmaq və gənc istedadların bu sahəyə cəlb edilməsi üçün fəaliyyətimizi tam sürətlə davam etdiririk!