Azərbaycan Hotel Assosiasiyası (AHA) Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) əsas icraçısı olduğu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi “USAID Gələcəyin Assosiasiyaları” layihəsi AMFA, “Finance and Social İnnovation Consulting” (FSIC) MMC və Əlil Təşkilatları İttifaqı (ƏTİ) daxil olmaqla yerli və beynəlxalq təşkilatların Konsorsiumu tərəfindən həyata keçirilən AFA “Gələcəyin Assosiasiyaları” layihəsinin qalib iştirakçılarından biri elan edilib.
Ümumilikdə 6 assosiasiya layihədə qalib olub növbəti mərhələlərdə iştirak etməyə şans qazanmışdır.
Assosiasiyanın inkişafına və üzvlərə daha yaxşı xidmət göstərilməsinə dəstək olmaq məqsədilə qaliblərə kiçik qrantlar və xüsusi silsilə təlim proqramları təqdim ediləcək.
Layihənin qalib iştirakçılarından biri olaraq ABŞ Beynəlxalq İnkişaf Agentliyinə və Azərbaycan Mikromaliyyə Assosiasiyasına dərin təşəkkürümüzü bildiririk.
Fəaliyyətimizi daha da genişləndirmək məqsədilə USAID və AMFA ilə əməkdaşlığımız mütəmadi şəkildə davam edəcək.