5 Aprel tarixində Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səlahiyyətli və Fövqəladə səfiri cənab Christopher A. Martinez Berroteran və səfirliyin əməkdaşları AHA ofisini ziyarət etdilər və İdarə heyəti ilə görüş keçirdilər.
Görüşdə Venesuela və Azərbaycan arasında turizm sahəsində geniş əməkdaşlıq perspektivləri, Venesuela və Azərbaycan investorlarının gələcək iki tərəfli işgüzar səfərləri, həmçinin hər iki ölkə hotellərinin işçilərinin qarşılıqlı təcrübə mübadiləsi aparması üçün proqramların yaradılması barədə müzakirələr edildi.
Ətraflı təcrübə mübadiləsi məqsədilə Venesuela Hotel Assosiasiyası və AHA arasında onlayn görüş keçirilməsi razılaşdırıldı.
Növbəti görüşlərdə AHA Milli Ulduz Təsnifatı monitorinq sistemi ilə bağlı öz təcrübələrini Venesuela Hotel Assosiasiyası ilə paylaşacaq.
Yekun olaraq AHA İdarə Heyətinin üzvləri İyulda Venesuelada keçiriləcək tanışlıq səfərində iştirak etmək üçün dəvət edildilər.