Aprelin 4-ü Millennium Hotels and Resorts hotel şəbəkəsinin İnkişaf üzrə Direktoru, Texniki xidmətlər üzrə Vitse Prezidenti və digər təmsilçiləri AHA ofisini ziyarət etdilər. Görüş zamanı iştirakçılar gələcək əməkdaşlıq imkanları barədə fikirlərini bölüşdülər. Cənab Pierre İssa və cənab Ahmad Elkiki Millennium Hotels and Resorts brendi haqqında geniş məlumat verdi və brendin Azərbaycanda tanıdılmasında və təmsil olunmasında maraqlı olduqlarını bildirdilər.
Tərəflər növbəti əməkdaşlıq planlarını gələcək görüşlərdə müzakirə edəcəklər.