Hotellərdə COVID-19 məhdudiyyətləri ilə bağlı təklifləri nəzərə alaraq, AHA Dövlət Turizm Agentliyinin sədri cənab Fuad Nağıyevə məktubla müraciət edib.
Məktubda AHA Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 nömrəli qərarının 2.5-5.3-cü bəndlərində qeyd olunan mehmanxanalara münasibətdə COVID-19 sertifikatının yoxlanılması tələbinə yenidən baxılmasına köməklik göstərilməsini xahiş edib.