Sentyabrın 21-də Azərbaycan Turizm Bürosunun (ATB) təşəbbüsü ilə Azərbaycan Hotel Assosiasiyası (AHA) Ekologiya və Təbii Sərvətlər Nazirliyi nümayəndələri ilə görüşüb. Görüşün əsas mövzusu UNWTO-nun təşkil etdiyi “Qlobal Turizm Plastik Təşəbbüsü” layihəsi olub.
Nazirlik nümayəndələri həyata keçirdikləri “Bir damcı”, “Təmiz Ölkəm”, təkrar emal ilə bağlı layihələr barədə məlumat veriblər.
AHA hotellərdə qida tullantıları, təkrar emal, eko etiketləmə, bioenerji kimi layihələrin həyata keçirilməsi üçün Assosiasiyanın “Davamlılıq” İşçi Qrupu vasitəsilə nazirliklə əməkdaşlığı daha da davam etdirəcək.