15 sentyabr 2022

Azərbaycan Hotel Assosiasiyası (AHA) və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə Turizm Komissiyası İşçi Qrupunun ilk iclası keçirilib

Azərbaycan Hotel Assosiasiyası (AHA) və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə Turizm Komissiyası İşçi Qrupunun ilk iclası keçirilib. İşçi qrupun üzvləri AHA-ya üzv olan hotellərin və ATAA-nın üzv turizm agentliklərinin ekspertləri Eldar Əlimuradov, Nazim Süleymanov, Ənvər Baybekov, Elnur Mahmudov, Vüsal Hacıyev və Xəyal Əliyevadır.
Görüş zamanı bir sıra mühüm mövzular və bu istiqamətdə gələcək fəaliyyətlər müzakirə edilib. İşçi qrupunun təşkil olunmasının məqsədi turizm agentlikləri və hotellər arasında davamlı əməkdaşlığı dəstəkləmək, keyfiyyəti artırmaq, sağlam rəqabəti təşviq etmək və bütövlükdə yüksələn turizm sənayesini gücləndirməkdir.
Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid ilk işçi qrupunun iclasında iştirak etmək üçün dəvət olunmuş və hər iki Assosiasiya ilə dəyərli təkliflərini bölüşmüşdür.
 

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.