3 avqust 2022

Tripadvisor on səkkiz Avropa ölkəsində Avropa Ulduz Təsnifatı Birliyinin (Hotelstars Union) tərəfindən təsnif edilmiş və audit edilmiş rəsmi ulduz reytinqlərini nümayiş etdirəcək

Dünyanın ən böyük səyahət bələdçi platforması olan Tripadvisor on səkkiz Avropa ölkəsində Avropa Ulduz Təsnifatı Birliyinin (Hotelstars Union) tərəfindən təsnif edilmiş və audit edilmiş rəsmi ulduz reytinqlərini nümayiş etdirəcək.

Tripadvisor, qrupun fəaliyyət göstərdiyi bütün 18 üzv ölkədəki hotellər üçün Hotelstars Union-ın rəsmi ulduz reytinqlərini eksklüziv olaraq nümayiş etdirən ilk onlayn səyahət bələdçisi platformasıdır.  

Azərbaycan Hotel Assosiasiyası (AHA) auditləri Avropa Ulduz Təsnifatı Birliyinin standartlarına uyğun olaraq keçilir və Azərbaycanda yerləşən, ulduz təsnifatından müvəffəqiyyətlə keçən hotellərin ulduz kateqoriyası da Tripadvisor’da əks olunacaq.

Avropa Ulduz Təsnifatı Birliyi (Hotelstars Union) Avstriya, Azərbaycan, Belçika, Çexiya, Danimarka, Estoniya, Gürcüstan, Almaniya, Macarıstan, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Hollandiya, Sloveniya, İsveç və İsveçrədə təxminən 22.000 yerləşdirmə vasitələrini birləşdirir.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.