11 may tarixində Azərbaycan Hotel Assosiasiyası (AHA) üzv-hotellərin Baş Menecerləri və AHA-nın Həmkar üzvləri ilə görüş keçirmişdir. Görüş AHA-nın ən son fəaliyyətləri və sənaye xəbərləri ilə açıldı və qonaq spikerlərin təqdimatları ilə davam etmişdir.
Aleksandr Zribi, Nicat Abbaslı və Ceyran Məmmədli üzvlərimizlə «bazar təhlili», «turizm statistikasi» və «dual peşə təhsili» mövzularında dəyərli məlumatları paylaşmışdır.
Bu gün hər kəsi birlikdə görməyə çox şad olduq və görüşə qatılan hər bir üzvümüzə təşəkkür edirik!