28 aprel 2022-ci il tarixində Azərbaycan Hotel Assosiasiyasının İcraçı Direktoru - Günay Sağlam, HOTREC’in Praqada keçirilən, 84-cü Baş Assambleyasına qatılmışdır.
Assambleyada HOTREC’in üzvlük statusları və ödənişləri ilə yanaşı, COVID-19 ilə bağlı ən son xəbərlər, STR və əməkdaşlıq iqtisadiyyatı, sosial məsələlər, səyahətlə bağlı problemlər, davamlılıq, vergitutma, əlçatanlıq, keyfiyyət və standartlaşdırma ilə bağlı mövzular müzakirə edilib.