Artıq hər kəs Azərbaycan hotellərində yaşadığı təcrübəni www.hotelassociation.az vasitəsilə, birbaşa bizə çatdıra bilər.
Azərbaycan Hotel Assosiasiyası (AHA) hotellərin xidmət səviyyəsini artırmaq və nəzarətdə saxlamaq məqsədilə, daima həm yerli, həm də xarici rəy platformalardakı rəyləri TrustYou vasitəsilə nəzərdən keçirir.
Müsbət və ya mənfi rəylər xidmət sektorunun inkişafı üçün çox önəmlidir. AHA olaraq, hər kəsi ölkəmizdəki hotellərdə əldə etdiyi təcrübəni bizimlə paylaşmağa çağırırıq!