26 Aprel tarixində Azərbaycan Hotel Assosiasiyası İqtisadiyyat Nazirliyi yanında İctimai Şura ilə “Turizm sahəsi ilə bağlı ictimai müzakirə” görüşündə iştirak etmişdir. Görüşdə ümumilikdə turizm sənayesinin inkişafı üçün əhəmiyyətli olan təkliflər müzakirə edilmişdir.
Azərbaycan Hotel Assosiasiyası olaraq sənaye tərəfindən Assosiasiyaya təqdim edilən təkliflər və problemlər İctimai Şuranın üzvlərinin nəzərinə çatdırılmışdır. Təkliflər arasında regionlarda hotel investisiya təşviqi mexanizmi, maliyyə əlçatanlığının dəstəklənməsi, regionlarda fəaliyyət göstərən hotellərə münasibətdə əmlak vergisinə güzəştin tətbiq edilməsi və diferensial ƏDV vergisinin tədbiqi kimi məsələlər təqdim edilmişdir.