27-28 Fevral tarixlərində, Azərbaycan Hotel Assosiasiyası, Bakı və Qubada qonaqpərvərlik sənayesi üçün Milli Ulduz Təsnifatı ilə bağlı məlumatlandırma sessiyaları təşkil etdi. Təlimdə AHA-nın tərəfdaşı olan ECOBER Azərbaycan, habelə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iştirak etmişdir. 200-dən çox iştirakçı Milli Otel Ulduz Təsnifatı prosedurları, tətbiq qaydaları, tələb olunan ulduzları əldə etmək üçün tələb olunan minimum meyarlar və tələblər haqqında tam məlumat əldə etdi.Qonaq etibarını təmin etmək üçün gigiyena standartlarına, habelə təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi təlim zamanı iştirakçılara bildirildi.
AHA yaxın gələcəkdə digər bölgələrlə birlikdə təlimlər keçirməyə davam edəcəkdir. Məlumat üçün deyək ki, Milli Ulduz Təsnifatı AHA və ATB arasında ortaq əsasda həyata keçirilir və sentyabr ayında tətbiqinə başlanılacaqdır.