RİTM Startap proqramının 3cü yerin qalibinə “Səyyar Sənətkar Emalatxana” layihəsinə görə Azərbaycan Hotel Assosiasiyası (AHA) tərəfindən mükafat təqdim olunmuşdur.
AHA İcraçı Direktoru - Günay Sağlam, RİTM proqramı münsiflər heyətinin üzvü idi.
Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış, regionlarda turizm startaplarının dəstəklənməsini, eləcə də regional turizmə investisiyaların cəlb edilməsinin təmini məqsədini daşıyan “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) proqramı beləliklə yekunlaşmışdır.
Proqramda iştirak etmək üçün müraciət edən namizədlər tərəfindən 270-dən çox ideya daxil olmuş, onlardan 140 ideya ekspertlər tərəfindən qiymətləndirilmişdir.
Yekun nəticə:
1-ci yerin qalibi Şəki rayonunda elektron musiqi festivalı ideyası ilə “VOİD” layihəsi;
2-ci yerin qalibi Göygölün və digər turizm zonalarının VR sistemi ilə izlənilməsini həyata keçirmək ideyası ilə “Pəncərə” layihəsi;
3-cü yerin qalibi səyyar formada sənətkarlığın təbliği ideyası ilə “Səyyar sənətkarlıq emalatxanası” layihəsi.