Bugün 4 Noyabr tarixində Azərbaycan Hotel Assosiasiyasının (AHA) İdarə Heyətinin görüşü baş tutmuşdur. İdarə Heyəti cari ilin hesabatlarını nəzərdən keçirmiş və qarşıdan gələn 2022-ci ilin fəaliyyətlərini, büdcəsini və ulduz təsnifatı ilə bağlı planları müzakirə etmişdir. AHA İdarə Heyətinin hər bir üzvü həmçinin müxtəlif yerli və beynəlxalq şəbəkələrə məxsus hotellərin idarə heyətinin də üzvü olduğu üçün, mütəmadi keçirilən görüşlərdə, onlar ümumilikdə bütün sənayeni maraqlandıran məsələləri diqqətə çatdırır və müzakirəyə çıxarırlar.
Görüşün nəticəsində Azərbaycan Hotel Assosiasiyası sənayenin inkişafı və üzv-hotellərin rahat fəaliyyəti üçün lazımi addımları etməyə davam edir.