Azərbaycan Hotel Assosiasiyası (AHA) Azərbaycanda artıq 17 hoteli müvəffəqiyyətlə təsnifatdan keçirmişdir.
Beynəlxalq standartları tətbiq etməklə mehmanxanaların ulduz sertifikatlaşdırılmasını, xidmət keyfiyyətinin artırılması, turist məmnunluğunun təmin edilməsi və bu sahədəki istehlakçıların hüquqlarının qorunması istiqamətində gördüyümüz işlərə görə, Azərbaycan Hotel Assosiasiyasının əməkdaşlarına təşəkkür məktubu təqdim edildi.
Təşəkkür məktubu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmid tərəfindən Azərbaycan Hotel Assosiasiyasının (AHA) Baş İcraçı Direktoru Günay Sağlama 30 sentyabr tarixində keçirilən Milli Ulduz mükafatlandırma mərasimində təqdim edilmişdir.
Azərbaycan Turizm Bürosunun təqdirini almaqdan qürür duyuruq və çalışacağıq ki, gələcək fəaliyyətlərimizdə eyni keyfiyyəti davamlı olaraq qoruyub saxlayaq!