29 oktyabr 2019-cu il tarixində Azərbaycan Hotel Assosiasiyası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən 2019-cu ilin ən böyük turizm tədbirində iştirak etmişdir.
AHA üzv hotel nümayəndələri ilə qonaqpərvərlik sənayesində ən yaxşı təcrübələr mövzusunda panel görüşünə ev sahibliyi etmişdir. Panel müzakirəsində “JW Marriott Absheron Baku” hotelinin Əməliyyatlar üzrə Direktoru Maks Venturelli “Biz xanımlar və cənablara xidmət edən xanımlar və cənablarıq”, AHA İdarə heyətinin üzvü və “Four Seasons Baku Hotel”inin Marketinq direktoru Ülviyyə Talışinskaya “'Uğurlu hotel electron marketinq və sosial media strategiyaları”, “Marxal Resort” hotelinin Baş meneceri Nəcəf Bədəlov “Hoteldə milli brend və xüsusiyyətlərdən istifadənin ən yaxşı təcrübələri” mövzusunda çıxış etdilər.
Paneldə hotel menecerləri, tələbələr və qonaqpərvərlik sənayesi üzvləri iştirak edilər. Sonda sual – cavab sessiyası baş tutdu.