28 iyul tarixində Azərbaycan Hotellər Assosiasiyası üzv hotellər tərəfindən tez-tez ünvanlanan suallarla, xüsusilə də hotel və xüsusi karantin rejimində hovuz istifadəsi qaydaları ilə bağlı məlumat sessiyası keçirdi. Görüşdə TƏBİB və SAHMAN tərəfindən müəyyən olunmuş gündəlik əməliyyat qaydaları, həmçinin ümumi istifadə ərazilərində qonaq sayına nəzarətin, eləcə də işçilər və qonaqlar arasında social məsafənin tənzimlənməsinin vacibliyi vurğulandı.
AHA 3 iyul tarixində üzv otellərin vacib sualları və narahatlıqları ilə bağlı Dövlət Turizm Agentliyinə rəsmi məktubla müraciət etmişdir. 21 İyul tarixində AHA-ya STA-nın Sədr müavini cənab Kənan Qasımov tərəfindən dəstək paketi və hotel hovuzunun istifadəsinə dair qaydalarla ilə bağlı rəsmi məktub ünvanlanmışdır. Aşağıdakı keçidə daxil olaraq, məktub və məktubun əsas nüansları ilə bağlı prezentasiyasını görə bilərsiniz.