Fəxrlə bildiririk ki, Azərbaycan 28 aprel 2025-ci il tarixində "Hotelstars" Birliyinin (HSU) tamhüquqlu üzvü kimi yekdilliklə qəbul olunub.
Bu mühüm nailiyyət "Hotelstars" Birliyinin (HSU) Osloda keçirilən Baş Assambleyasında təsdiqlənmişdir və Azərbaycanın qonaqpərvərlik sektorunun beynəlxalq səviyyədə tanınan keyfiyyət standartlarına uyğunlaşdırılması istiqamətində önəmli mərhələdir.
Osloda baş tutan Baş Assambleyada AHA-nın Baş İcraçı Direktoru Günay Sağlam təqdimatla çıxış edib, Azərbaycanda ulduz təsnifatının tətbiqi prosesi, müşahidəçi üzvlükdən tam hüquqlu üzvlüyə gedən yolda əldə edilən nailiyyətlər, həmçinin HOTREC və Hotelstars Birliyi ilə əməkdaşlığımızı vurğulayıb.
Assambleyada çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədrinin müavini Rəşad Əliyev son illərdə ölkəmizdə hotelçilik sahəsində beynəlxalq keyfiyyət standartlarının yüksəldilməsinin təşviq olunduğunu və dövlət qurumları ilə özəl sektor arasında sıx əməkdaşlığın davam etdirildiyini qeyd edib.
Azərbaycan Hotel Assosiasiyası adından bu uğurda göstərdikləri dəstəyə görə Dövlət Turizm Agentliyinə, Azərbaycan Turizm Bürosuna və beynəlxalq tərəfdaşlarımıza – xüsusilə HotellerieSuisse-ə dərin təşəkkürümüzü bildiririk.
28 aprel 2025
Azərbaycan Hotel Assosiasiyası "Hotelstars" Birliyinin (HSU) tamhüquqlu üzvü oldu
İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın
Təşəkkürlər! Elektron poçt ünvanınıza təsdiq məktubu göndərildi!
Abunəlik istəyiniz təsdiqləndi. Siyahımıza əlavə olundunuz, sizinlə tezliklə əlaqə saxlayacağıq.