Yeni həmkar üzvümüz GOFAR ilə əməkdaşlığımızı böyük məmnuniyyətlə elan edirik!
GOFAR şirkəti elektrik avtomobilləri üçün ən müasir enerjidoldurma həlləri ilə elektrik mobilliyin gələcəyinə liderlik etməyi hədəfləyir. Şəbəkə yüksək keyfiyyət və etibarlılıq təmin etmək üçün aparıcı qlobal istehsalçılar tərəfindən hazırlanmış həm sürətli DC doldurma stansiyaları, həm də səmərəli AC stansiyalarına malikdir.
Dayanıqlı və güclü enerji doldurma infrastrukturu yaratmaq missiyası ilə fəaliyyət göstərən GOFAR şirkəti ilə əməkdaşlığımızın yerli qonaqpərvərlik sənayesinin ekoloji dayanıqlı inkişafına dəstək olacağına inanırıq.