25 Fevral tarixində AHA-nın 6-cı Baş Assambelyası üzv hotelləri, sənayenin aparıcı mütəxəssisləri, dövlət qurumlarının nümayəndələri və digər Assosiasiyaların rəhbərlərini Fairmont Baku, Flame Towers hotelində bir araya gətirdi.
Ötən ilin nailiyyətlərini qeyd etmək və gələcək fəaliyyət planını müzakirə etmək məqsədilə keçirilən tədbirin rəsmi hissəsinin açılış nitqini Dövlət Turizm Agentliyinin Sədrinin müşaviri Kənan Quluzadə, Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmit, Azərbaycan Hotel Assosiasiyasının Sədri Eldar Əlimuradov etdi.
AHA-nın Baş İcraçı Direktoru Günay Sağlam, 2024-cü il üzrə AHA-nın nailiyyətləri və 2025-ci il üçün fəaliyyət planını təqdim edərək davamlı dəstəkləri üçün DTA və ATB komandasına, həmçinin keçən il boyunca göstərdikləri əməkdaşlıq və assosiasiyanın fəaliyyətində yaxından iştirak etdikləri üçün üzv hotellərə təşəkkürünü bildirdi.
25 fevral 2025
AHA-nın 6-cı Baş Assambleyası keçirildi
İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın
Təşəkkürlər! Elektron poçt ünvanınıza təsdiq məktubu göndərildi!
Abunəlik istəyiniz təsdiqləndi. Siyahımıza əlavə olundunuz, sizinlə tezliklə əlaqə saxlayacağıq.