6 fevral 2025

AHA Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun Bakıda keçirilən 4-cü iclasında iştirak edib

Fevralın 6-da Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun Bakıda keçirilən 4-cü iclasında turizm sahəsində ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əməkdaşlıq məsələləri, turizm təhsili, turizm məqsədli sahilyanı ərazilərin idarəedilməsi, sağlamlıq turizmi və dayanıqlı turizm istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi müzakirə olunub.

Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova və Türkiyə Mədəniyyət və Turizm Nazirinin müavini Nadir Alpaslanın həmsədrliyi ilə baş tutan iclasda AHA daxil olmaqla turizm sənayesi üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri də iştirak edib.

Görüş zamanı 2024-cü il üzrə Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilmiş məsələlər qiymətləndirilib və 2025-ci il üçün yeni Birgə Fəaliyyət Planı müzakirə olunub.
İclasın yekunu olaraq Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında Protokol imzalanıb.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.