30 sentyabr 2024

AHA-ya üzv hotellərin menecerləri ilə növbəti rüblük görüş keçirildi

30 Sentyabr tarixində AHA-ya üzv hotellərin menecerləri ilə növbəti rüblük görüş keçirildi.

Görüşün gündəliyi AHA-nın 3-cü rüb üzrə fəaliyyəti və baş tutan tədbirlərin xülasəsi, dövri statistik məlumatlar, COP-29 tədbiri çərçivəsində dayanıqlılıq, təhlükəsizlik və transport tənzimlənməsi haqqında məlumatları əhatə edirdi.

AHA-nın sədri Eldar Əlimuradov 27 Sentyabr Anım günü münasibətilə şəhidlərin əziz xatirəsinə 1 dəqiqəlik sükutla tədbiri açıq elan etdi.

AHA-nın 3-cü rüb üzrə faəliyyəti,  Baş İcraçı Direktor Günay Sağlam tərəfindən təqdim edildi.

Həmçinin Dövlət Turizm Agentliyi, COP-29 Əməliyyat Şirkəti və BRANDit şirkətinin rəsmiləri çıxış edərək sənaye təmsilçilərini maraqlandıran yenilikləri təqdim etdilər.

Tədbirə ev sahibliyi edən dəyərli üzvümüz Fairmont Baku Hotelinə göstərdiyi dəstək üçün təşəkkür edirik.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.