Avqustun 22-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə əməkdaşlığı, və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyi ilə icra olunan “Azərbaycanın regionlarında dayanıqlı turizmin inkişafına dəstək” layihəsi çərçivəsində keçirilən görüşdə Azərbaycan Hotel Assosiasiyası aktiv iştirak etmişdir.
Tədbir zamanı regionda turizm sahəsində mövcud olan cari çətinlik və problemləri birgə müzakirə edildi, eyni zamanda onların aradan qaldırılması üçün müvafiq təkliflər hazırlandı.