12 iyun 2024

Bugün AHA tərəfindən keçirilən ilk "Üzv Hotellərin Şef Müsabiqəsi" uğurla yekunlaşdı

12 iyun tarixində 12 üzv hotelin iştirakı ilə, dəyərli partnyorumuz CÀSÀ BAKU Kulinariya Mərkəzində keçirilən müsabiqədə şeflərin yüksək peşəkarlığı, yaradıcılığı və kulinariya sevgisi həm qonaqları, həm də münsiflər heyətini heyrətləndirdi.
 

2 saat davam edən yarışda şeflər öz imza yeməklərini qüsursuz təqdim etmək üçün canla-başla mübarizə apardılar.
Yekun nəticə isə CÀSÀ-nın ekspert münsiflər heyətinin qərarına əsasən bəlli oldu.

Beləliklə, qalibləri böyük sevinclə təqdim edirik!

1-ci yer - Kamil Bafadarov Four Seasons Hotels and Resorts , Baku
2-ci yer - Əkrəm Kərimli Fairmont Baku, Flame Towers
3- cü yer - Fərəc Abasquluzadə JW Marriott Absheron Baku

Üçüncü yerin sahibi CÀSÀ Kulinariya Mərkəzi tərəfindən qida təhlükəsizliyi üzrə təlim, ikinci yerin sahibi AHA tərəfindən professional şef bıçaq seti, birinci yerin sahibi isə Pasha Travel tərəfindən Monteneqroya 3 gecə/4 günlük istirahət paketi ilə mükafatlandırıldılar.

Qalibləri ürəkdən təbrik edirik və onların daha böyük, beynəlxalq müsabiqələrdə uğurlarını gözləyirik!

Bütün iştirakçılara isə 2 saat ərzində yaşatdıqları həyəcan dolu mübarizə və öz hotellərini layiqincə təmsil etdikləri üçün təşəkkürlər!

Tədbirə ev sahibliyi edən, həmkar üzvümüz və tərəfdaşımız CÀSÀ BAKU Kulinariya Mərkəzinə və tədbirin sponsoru PASHA Travel LLC 
şirkətinə göstərdikləri dəstək üçün xüsusi minnətdarlığımızı bildiririk!

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.