Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiyası şöbəsinin dəstəyi ilə təşkil edilən görüşün məqsədi hotellərə aid təklif edilən vergi imtiyazlarının və sənayeni maraqlandıran məsələlərin müzakirə edilməsi idi.
Görüşdə Azərbaycan Hotel Assosiasiyasının 12 üzv hotelinin maliyyə müdirləri və vergilər üzrə menecerləri iştirak etmişdir. Hotel nümayəndələri təklif edilən imtiyazlar ilə bağlı fikrini bildirərək DVX-nın Vergi Siyasəti idarəsinin rəisi Rəşad Nuriyev və Assosiasiyalar ilə iş şöbəsinin rəisi Elçin Kazımlı ilə geniş müzakirə apardılar.
Sonda qərar verildi ki, AHA ilə DTA və DVX-nın sıx əməkdaşlıqlarının dəvamı olaraq mütamadi görüşlər keçiriləcək və hotel sənayesinin vergilər ilə bağlı olan təklif və sualları Assosiasiya tərəfindən toplanaraq DTA və DVX-ya komunikasiya ediləcək.
14 iyun 2024
14 Iyun tarixində Dövlət Vergi Xidməti (DVX), Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Hotel Assosiasiyası (AHA) arasında görüş
İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın
Təşəkkürlər! Elektron poçt ünvanınıza təsdiq məktubu göndərildi!
Abunəlik istəyiniz təsdiqləndi. Siyahımıza əlavə olundunuz, sizinlə tezliklə əlaqə saxlayacağıq.