3 iyul 2024

İyulun 3-də Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin təqdimatı tədbiri keçirilib

İyulun 3-də Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin təqdimatı tədbiri keçirilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun, Azərbaycan Hotel Assosiasiyasının, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Dövlət Reklam Agentliyinin rəhbər şəxsləri iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın müsbət turizm imicinin formalaşmasına hotellərdə olan infrastruktur, şərait, xidmət səviyyəsi və digər meyarlar birbaşa təsir etdiyi qeyd edərək bunların qiymətləndirilməsinin hotellərin ulduz təsnifatından keçməsi və müvafiq ulduz dərəcələrini əldə etmələri ilə mümkün olduğunu bildirib.

Azərbaycan Hotel Assosiasiyasının Baş İcraçı Direktoru Günay Sağlam, Milli Ulduz Təsnifatı sisteminin üstünlükləri haqqında təqdimatla çıxış edib, həmçinin hazırda ölkə üzrə ulduz təsnifatından keçmiş hotellərin təsnifat nəticələrini və statistik bölgüsünü tədbir iştirakçıları ilə paylaşıb.

Tədbirdə həmçinin Milli Rezervasiya Platformasının təqdimatı baş tutub.

 

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.