14 May tarixində Azərbaycan Hotel Assosiasiyası ilə TÜROB arasında onlayn görüş keçirildi.
AHA-nın Sədri Eldar Əlimuradov, AHA İdarə Heyətinin üzvü Uygar Koçaş, TÜROB Prezidenti Müberra Eresin, TÜROB Baş Katibi İsmail Taşdemirin iştirak etdiyi görüşdə qarşılıqlı problemlər və atılacaq addımlar müzakirə edildi.
Azərbaycanın turizm imkanlarının Türkiyədə daha geniş tanıtımı, təcrübə mübadiləsi, qarşılıqlı workshop və təlimlərin təşkili imkanları nəzərdən keçirildi.
Low-cost hava yollarının uçuşlarının artırılması və Azərbaycanla Türkiyə arasında hava nəqliyyatının intensivliyinin artırılması istiqamətində müzakirələr aparılması üçün müvafiq dövlət qurumları və hava yolu şirkətləri ilə görüşlərin planlaşdırılması razılaşdırıldı.
14 may 2024
Azərbaycan Hotel Assosiasiyası ilə TÜROB arasında görüş keçirildi
İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın
Təşəkkürlər! Elektron poçt ünvanınıza təsdiq məktubu göndərildi!
Abunəlik istəyiniz təsdiqləndi. Siyahımıza əlavə olundunuz, sizinlə tezliklə əlaqə saxlayacağıq.