13 may 2024

AHA, Təhsil Tələbə Krediti Fondu ilə əməkdaşlığa başladı

Azərbaycan Hotel Assosiasiyası və Təhsil Tələbə Krediti Fondu arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı.
İmzalanma mərasimində AHA-nın Baş İcraçı Direktoru Günay Sağlam, TTKF-in İdarə Heyəti Sədrinin müavini Bəhruz Əzimov və hər iki qurumun əməkdaşları iştirak edib.

Qarşılıqlı səmərəli əlaqələrin qurulmasına xidmət edəcək Memorandum könüllü və təcrübə proqramları, o cümlədən seminar və təlimlər keçirilməsinin dəstəklənməsi, tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb edilməsi, müvafiq sahə üzrə vakansiyalar yaranarsa təhsil tələbə kreditlərindən yararlanmış təhsilalanlara və məzunlara üstünlük verilməsi məqsədilə birgə fəaliyyətin təşkilini nəzərdə tutur.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.