Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşəbbüsü ilə QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü işə başlayıb.
Tədbirdə təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, eləcə də BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak ediblər.
Görüş çərçivəsində "Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: Turizm təhsilində ən yaxşı təcrübələr" mövzusunda panel keçirilib.
Paneldə Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov, Ankara Hacı Bayram Vəli Universitetinin Turizm fakültəsinin professoru Yalçın Aslantürk, Rumıniya Buxarest İqtisadi Araşdırmalar Universitetinin Biznes və Turizm fakültəsinin dekanı Qabriela Tiqu, Rusiya Turizm Sferasında Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşı Mixail Serov, Bolqarıstan Varna İqtisadiyyat Universitetinin nümayəndəsi Genka Rafailova çıxış ediblər.
22 aprel 2024
QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü keçirildi
İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın
Təşəkkürlər! Elektron poçt ünvanınıza təsdiq məktubu göndərildi!
Abunəlik istəyiniz təsdiqləndi. Siyahımıza əlavə olundunuz, sizinlə tezliklə əlaqə saxlayacağıq.