29 fevral 2024

AHA-nın İdarə Heyətinin sədri Eldar Əlimuradov "Hotel Business Forum" tədirində iştirak edib

AHA-nın İdarə Heyətinin sədri Eldar Əlimuradov 29 Fevral – 1 Mart tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Hotel Business Forum tədirində iştirak edib.

Özbəkistanda qonaqpərvərliyin inkişafı üçün qlobal ideyalar mövzusunda keçirilən tədbirdə çıxış edən Eldar Əlimuradov Azərbaycan Hotel Assosiasiyasının fəaliyyəti, yerli qonaqpərvərlik sənayesinin inkişafı üçün görülən işlərdən, həmçinin 2024-cü ildə Bakının ev sahibliyi edəcəyi COP29 sammitinə hazırlıq prosesindən bəhs edib. AHA-nın icra etdiyi Milli Ulduz Təsnifatı sistemi haqqında iştirakçılara məlumat verən Eldar Əlimuradov, ölkə üzrə vahid ulduz təsnifatı sisteminin əhəmiyyətini vurğuladı.

Tədbirdə həmçinin AHA və Özbəkistan Hotel Assosiyası arasında əməkdaşlıq imkanları da müzakirə edildi.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.