1 Dekabr tarixində Azərbaycan Hotel Assosiasiyasına üzv hotellərin Baş Menecerlərinin İllik görüşü keçirildi.
Tədbirdə AHA-nın 2023-cü il üzrə fəaliyyətinin yekunları, yeni təşkilati struktur və növbəti il üçün planlar iştirakçılara çatdırıldı.
Həmçinin AHA-nın İdarə Heyətinə və yeni tərtib edilmiş İntizam və Məsləhət şuralarına namizədlər üzvlərə təqdim edildi.
Üzv hotellərin Baş Menecerləri ilə yanaşı qonaq spikerlərin və həmkar üzvlərin də qatıldığı tədbirdə iştirakçılar Azərbaycanda qonaqpərvərlik sənayesinin inkişafı və problemlər haqqında açıq müzakirəyə qoşuldular.
Görüşdə növbəti Baş Assambleya, İdarə heyətinin yığıncağı və gözlənilən digər tədbirlər haqqında üzvlər məlumatlandırıldı.
Tədbirə ev sahibliyi etdiyi üçün Hyatt Regency Baku hotelinə təşəkkür edirik
1 dekabr 2023
AHA Baş Menecerlərin görüşü baş tutdu
İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın
Təşəkkürlər! Elektron poçt ünvanınıza təsdiq məktubu göndərildi!
Abunəlik istəyiniz təsdiqləndi. Siyahımıza əlavə olundunuz, sizinlə tezliklə əlaqə saxlayacağıq.