AHA tərəfdaşı olduğu “Dual peşə təhsil proqramı”nın yekun tədbirində iştirak edib.
Tədbirin açılışını edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov peşə təhsili sahəsində tətbiq olunan yeniliklər, Dual Peşə Təhsili Proqramının əhəmiyyəti və gələcək planlar haqqında danışıb.
Tədbirdə çıxış edən AHA-nın İcraçı Direktoru Günay Sağlam Dual Peşə Təhsili Proqramında qonaqpərvərlik sahəsi üzrə qazanılan uğurlardan bəhs edib, həmçinin işəgötürən qismində proqrama qatılan dəyərli üzvlərimizə təşəkkür edib.
Mərasimin sonunda proqramın icrası zamanı fərqlənən işəgötürən tərəfdaşlara təşəkkürnamələr təqdim edilib.
AHA tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyinə proqram üzrə əməkdaşlıq üçün təşəkkür edir, gənc məzunlara isə müvəffəqiyyətlər arzu edirik!
18 iyul 2023
AHA “Dual peşə təhsil proqramı”nın yekun tədbirində iştirak edib
İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın
Təşəkkürlər! Elektron poçt ünvanınıza təsdiq məktubu göndərildi!
Abunəlik istəyiniz təsdiqləndi. Siyahımıza əlavə olundunuz, sizinlə tezliklə əlaqə saxlayacağıq.