Azərbaycan Hotel Assosiasiyası, 23 İyun tarixində AMFA (Azerbaijan Micro-finance Association) tərəfindən icra olunan, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən, Əlil Təşkilatları İttifaqı (ƏTİ) və “Finance and Social İnnovation Consulting” (FSİC) ilə birgə həyata keçirilən USAID “Gələcəyin Assosiasiyaları” (AFA) layihəsi çərçivəsində USAID Azərbaycan ofisində keçirilmiş görüşdə iştirak etmişdir.
Görüşdə qalib iştirakçılarla tanışlıq və layihə çərçivəsində planlaşdırılan potensialın gücləndirilməsi fəaliyyətinin təqdimatı həyata keçirilmişdir.
Görüşün təşkili və layihənin icrasına dəyərli töhvələrinə görə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) şöbə direktoru Angelina Allen-Mpyisi, Layihələrin İdarəedilməsi üzrə mütəxəssis Sənan Süleymanov, AMFA-nın İcraçı Direktoru Jalə Hacıyeva, Layihə rəhbəri Kristina Məmmədovaya minnətdarlığımızı bildiririk.
23 iyun 2023
AHA "Gələcəyin Assosiasiyaları" layihəsi üzrə USAID-lə görüşdə
İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın
Təşəkkürlər! Elektron poçt ünvanınıza təsdiq məktubu göndərildi!
Abunəlik istəyiniz təsdiqləndi. Siyahımıza əlavə olundunuz, sizinlə tezliklə əlaqə saxlayacağıq.