Rəşad Niyazov

Ulduz Təsnifatı üzrə Menecer

Rəşad Niyazov 1981-ci ildə Bakıda anadan olub. O, 2002-ci ildə Beynəlxalq Hüquq fakültəsini bitirib.

2003-cü ildə Hyatt Regency Baku-da təsərrüfat işçisi vəzifəsində işə başlamışdır. Rəşad Niyazov 2005-ci ildə ön büroya qonaqlara xidmət üzrə işçi vəzifəsinə, 2006-cı ildə komanda lideri  vəzifəsinə, 2007-ci ildə ön büro meneceri köməkçisi vəzifəsinə yüksəldilmişdir. 2015-ci ildə Rəşad qonaq təcrübələri üzrə menecer vəzifəsinə yüksəldirilərək, hotelin idarə ofisinə daxil olmuşdur. Onun əsas vəzifələrinə hotelin rəy sorğu formasından və onlayn platformalardan toplanan qonaq rəylərini təhlili və hotelin nüfuzunu qaldırmaq üçün alternativ təkliflərin verilməsi, bütün əməliyyat çətinliklikləri və digər məsələləri şöbə iclaslarında bildirilməsi daxil idi.

2019-cu ilin oktyabr ayından Rəşad Azərbaycan Hotel Assosiasiyasında ulduz təsnifat meneceri vəzifəsində çalışmağa başlamışdır.

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.