15 iyul 2024
Fairmont Baku, Flame Towers

İxtisaslaşmış Hotelçilik Təlimləri

Azərbaycan Hotel Assosiasiyasının təşkilatçılığı və Dövlət Turizm Agentliyinin dəstəyi ilə ilk dəfə İxtisaslaşmış Hotelçilik Təlimlərini keçirilib.

İxtisaslaşmış Hotelçilik Təlimləri Bakı, Abşeron, Sumqayıt regionunda yerləşən 250 yerləşmə vasitəsində xidmət keyfiyyətinin yüksəldilməsi və hotel əməkdaşlarının peşə bacarıqlarının artırılması məqsədilə təşkil edilib.

Təlim iştirakçıları təcrübəli ekspertlər tərəfindən Təmizlik şöbəsi, İaşə xidməti, Ön büro və İdarəçilər üçün idarəetmə istiqamətlərində keçirilən ödənişsiz təlimlərdə sahə üzrə praktiki biliklər əldə etmək, yerli sənaye mütəxəssislərinin təcrübələrindən faydalanmaq imkanı əldə edib.

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.