Necə müraciət etməli

Milli Ulduz Təsnifatına müraciət təlimatı və mərhələli qeydiyyat prosesi

Milli Ulduz təsnifatı hotel əməliyyatlarına nəzarət sistemi kimi qonaqlara keyfiyyətli xidmətə işarə edən sanki kompas rolunu oynayır. Mütəmadi yoxlama və monitorinqlər hotel sənayesində keyfiyyətin təmin olunmasına səbəb olur. Milli Ulduz Təsnifatından keçmək üçün hotellər müraciət prosesini başa çatdırmalı və aşağıda göstərilən sənədləri təqdim etməlidirlər.

  • Hotel nümayəndəsi (sahibi) hotel ulduz təsnifatı üçün AHA-nın veb-saytı və ya rəsmi elektron poçt vasitəsi ilə müraciət etməlidir.
  • Hotelin nümayəndəsi (sahibi) ərizə və “Hotelin texniki vəziyyəti və təhlükəsizliyi barədə qeydlər forması”nı dolduraraq, lazımi sənədləri göndərməli və yoxlama zamanı əslini təqdim etməlidir.

Sənədlər təqdim olunduqdan sonra növbəti mərhələlər:

  • Təsnifatı həyata keçirən auditor hotel nümayəndəsi ilə görüş üçün birbaşa əlaqə saxlayır.
  • Hotel ən azı biri lisenziyalı olan iki auditor tərəfindən yoxlanılır.
  • Auditorlar bütün müəssisəni ziyarət edir, onlayn qiymətləndirmə aparır və sonra təsnifatın xülasəsini hotel nümayəndəsinə (sahibinə) təqdim edirlər.
  • Təsnifat zamanı uyğunsuzluqlar aşkar edilərsə, uyğunsuzluqları aradan qaldırmaq üçün 3 aydan 6 aya qədər müddət verilir.
  • Yoxlamadan sonra auditorlar hotel tərəfindən tətbiq olunan kateqoriyaya uyğunluğunu müzakirə etmək üçün hesabatı Keyfiyyət və Qərəzsizlik komissiyasına təqdim edirlər və əgər tələblər yerinə yetirilməyibsə, hotelə yazılı bildiriş göndərilir.
  • Hotel nümayəndəsi (sahibi) verilən qərarla razılaşmadıqda müstəqil apelyasiya komitəsinə müraciət edə bilər. Apelyasiya Komitəsinin qərarından asılı olaraq, hotel yenidən yoxlanıla bilər.

Milli Ulduz təsnifatı sertifikatı 2 il müddətinə verilir.


Tələb olunan sənədlər

Təsnifat prosesi zamanı sadalanan sənədlərin tam şəkildə təqdim edilməsi tələb olunur. Xüsusi vəziyyətdən asılı olaraq, digər sənədlər də tələb oluna bilər

  • Vergi Ödəyicisinin Qeydiyyat Şəhadətnaməsi
  • Qida sahəsində fəaliyyət göstərən subyektlərin reyestrindən çıxarışı
  • Gigiyena və Epidemiologiya Mərkəzindən arayış
  • Yanğın təhlükəsizliyi sertifikatı
  • Yanğın siqnalizasiya sistemi, fövqəladə işıqlandırma sistemi, yanğınsöndürənlər, yanğın şlanqları, hidrantlar və əsas elektrik və qaz sistemləri üçün yoxlamalar üzrə qeydlər

Meyarlar

HSU meyarları qonaqlara və hotelçilərə şəffaflıq və təhlükəsizlik təmin edən hotel təsnifatı üçün meyarlar kataloqudur. Hər beş-altı ildən bir qonaqların ehtiyaclarına və bazar tələblərinə uyğun olaraq inkişaf etdirmək və modernləşdirmək üçün hotel təsnifatı meyarlarına yenidən baxılır.

PDF icon

Meyarlar kataloqu

Meyarlar kataloqunda qonaqlara keyfiyyətli xidmətə, hotellərin şəffaflığı və təhlükəsizliyinə zəmanət verən, davamlılıq məsələlərinə, texnoloji inkişafa cavab verən Avropa Ulduz Təsnifatı Birliyinin (HSU) bütün beş kateqoriya üzrə təqdim etdiyi meyarlar cəmləşmişdir.

Müraciət

Təsnifat üçün müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edərək formanı doldurun. Növbəti addımlar üçün komandamız qısa müddətdə sizinlə əlaqə quracaq.

Milli Ulduz Təsnifatı

Milli Ulduz Təsnifatı: Milli Ulduz Təsnifatı AHA ilə birlikdə Azərbaycan Turizm Bürosu tərəfindən təqdim edilən şəffaf idarəetmə sistemi olub və hotellərdə xidmət və keyfiyyətin zəmanətidir. Azərbaycan Hotel Assosiasiyası tərəfindən təsnif edilən hotellər yerli və beynəlxalq səviyyədə tanınma və rəqabət üstünlüyü qazanacaq.

We use Cookies!

This website uses cookies in order to offer you the most relevant information. Please accept cookies for optimal performance.